Məxfilik Siyasəti

Son yenilənmə tarixi: 22.02.2026

Vast mobil tətbiqi və veb platforması (“Vast”, “platforma”) açıq (public) elan platformasıdır. Platformada istifadəçi tərəfindən yerləşdirilən məlumatlar ictimai şəkildə yayımlanır.

1. Platformanın Xarakteri

Vast anonim platforma deyil. Platformaya daxil edilən elanlar, şəkillər, şərhlər, profil məlumatları və digər istifadəçi tərəfindən təqdim edilən məlumatlar ictimai şəkildə yayımlanır və həm mobil tətbiqdə, həm də veb səhifədə göstərilə bilər.

2. Lokasiya Məlumatları

Axtarış zamanı: İstifadəçinin cari konumu yalnız axtarış nəticələrinin optimallaşdırılması məqsədilə istifadə olunur və serverdə daimi olaraq saxlanılmır.

Elan yerləşdirərkən: İstifadəçi tərəfindən seçilmiş lokasiya serverdə saxlanılır və elan üzərində açıq şəkildə göstərilir.

3. Mobil Nömrə və Təsdiq

İstifadəçilərin mobil nömrələri SMS OTP vasitəsilə təsdiqlənir.

Elan yerləşdirərkən qeyd olunan mobil nömrə ictimai şəkildə yayımlanır və digər istifadəçilər tərəfindən görünə bilər.

Mobil nömrənin paylaşılması istifadəçinin öz məsuliyyəti altındadır.

4. Məzmunun Dərhal Dərc Edilməsi və Moderasiya

Elanlar, şəkillər, şərhlər və yeni yaradılmış istifadəçi profilləri dərhal yayımlanır.

Eyni zamanda bütün məzmun moderasiya prosesinə göndərilir.

Vast aşağıdakı hüquqları özündə saxlayır:

  • Məzmunu silmək
  • Məzmunu məhdudlaşdırmaq və ya bloklamaq
  • Şikayət əsasında tədbir görmək
  • Qanunvericiliyə zidd məzmunu aradan qaldırmaq

Məzmunun dəyişdirilməsi yalnız texniki, formatlaşdırma və ya qanunvericiliyə uyğunlaşdırma məqsədilə həyata keçirilə bilər.

Moderasiya qərarları platformanın daxili siyasətinə, etik normalara və qüvvədə olan qanunvericiliyə əsasən qəbul edilir və zəruri hallarda əvvəlcədən xəbərdarlıq edilmədən tətbiq oluna bilər.

5. İstifadəçi Məsuliyyəti

Platformada yerləşdirilən bütün məlumatlara görə birbaşa və tam məsuliyyət həmin məlumatı yerləşdirən istifadəçiyə aiddir.

Vast istifadəçilər tərəfindən yerləşdirilmiş məlumatların doğruluğuna, tamlığına və qanuniliyinə görə məsuliyyət daşımır.

6. Profil və Sosial Şəbəkə Məlumatları

İstifadəçi profilində sosial şəbəkə linkləri və digər məlumatlar qeyd edə bilər. Bu məlumatların doğruluğu platforma tərəfindən yoxlanılmır.

7. Şərh və Qiymətləndirmə Sistemi

Qeydiyyatdan keçmiş istifadəçilər digər istifadəçilərə və elanlara şərh yaza, qiymət verə və şikayət edə bilər.

Elan sahibi öz elanına yazılmış şərhləri silə və ya şikayət edə bilər.

8. Hesabın Silinməsi

İstifadəçi istənilən vaxt hesabını silə bilər.

Hesab silindikdə elanlar və profil məlumatları silinir.

İstisna: Mobil nömrə və reytinq göstəriciləri platformanın təhlükəsizliyi və sui-istifadənin qarşısının alınması məqsədilə saxlanıla bilər.

9. Məsuliyyətin Məhdudlaşdırılması

Vast platforması istifadəçilər arasında bağlanan razılaşmalara, əməliyyatlara və ya yaranan mübahisələrə görə məsuliyyət daşımır.

Platforma yalnız texniki vasitəçi rolunu daşıyır.

10. Siyasətdə Dəyişikliklər

Vast bu Məxfilik Siyasətini istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayır. Yenilənmiş versiya dərc edildiyi andan qüvvəyə minir.

11. Əlaqə

Vast tətbiqini yüklə

Vast ilə yaxınlıqdakı iş elanlarını, xidmətləri və məkanları kəşf edin. Elanlarınızı paylaşın, müştərilərlə əlaqə qurun və işinizi böyüdün.

Vast tətbiqi